1. “CİP xidmətləri” nəqliyyat vasitəsinin DSBM-in giriş qapısından, həmçinin DSBM-in “VİP zalı”nda istirahət etməklə (çay, kofe, yemək və s. daxil olmaqla) sərhəd və gömrük nəzarəti prosedurlarından növbədənkənar keçməsi üçün istifadə edilir.
2. Nəqliyyat vasitəsinin sahibi “CİP xidmətləri” elektron xidmətindən (Veb, mobil əlavələr, və s.) istifadə etməklə əvvəlcədən qeydiyyatdan keçir.
3. Qeydiyyat uğurla başa çatdıqda sistem tərəfindən avtomatik olaraq qeydiyyat zamanı sistemə daxil edilmiş “Əlaqə üçün mobil telefon nömrə”sinə “Qeydiyyat kodu (BAR CODE)” göndərilir.
4. Vətəndaş aldığı qeydiyyat koduna (BAR CODE) əsasən ölkədə mövcud olan elektron ödəniş sistem və xidmətlərdən istifadə etməklə Texnoloji Sxemə əlavə olunmuş Razılaşma Protokolunda müəyyən edilmiş məbləği ödəyir. “CİP xidmətləri” zamanı hər bir sərnişin üçün xidmət haqqı ödənilir.
5. Ödəniş uğurla başa çatdıqdan sonra qeydiyyat zamanı sistemə daxil edilmiş “Əlaqə üçün mobil telefon nömrə”sinə “CİP xidmətləri” üzrə sifarişin təsdiq olunması və “CİP xidmət¬ləri”nə cavabdeh olan şəxsin əlaqə telefon nömrələri barədə SMS göndərilir.
6. “CİP xidmətləri” istifadəçisi DSBM-ə ən azı 30 dəqiqə qalmış “CİP xidmətləri”nə cavabdeh olan şəxsə zəng edir və yaxınlaşması barədə ona məlumat verir.
7. “CİP xidmətləri”nə cavabdeh olan şəxs VAİS-in xüsusi bölməsində “CİP xidmətləri” statusu altında DSBM-i keçən nəqliyyat vasitələrinin siyahısında müva¬fiq nəqliyyat vasitəsini tapır və onun gəlməsini aktivləşdirir. Bu andan etibarən DSBM-in girişində yerləşdirilmiş elektron tabloda (ən azı 150-200 metr məsafədən görünən) nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi və “CİP xidmətləri” sözləri əks olunur. “CİP xidmətləri” istifadəçisi istənilən vaxt DSBM-ə gələ bilər. Lakin qeydiyyat zamanı keçmə vaxtına uyğun vaxtda DSBM-ə yaxınlaş¬ması tövsiyə olunur.
8. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçusu “CİP xidmətləri” statusu altında DSBM-i keçən vasitəsinin və onun içərisindəki sərnişinlərin sənədlərini sərhəd mühafizə orqanları¬nın normativ hüquqi aktlarına əsasən yoxlayır və DSBM-in giriş qapısından növbədənkənar buraxılmasını təmin edərək həmin nəqliyyat vasitəsini DSBM-dəki “VİP zal”a tərəf istiqamətləndirir.
9. “CİP xidmətləri” üzrə cavabdeh şəxs “CİP xidmətləri” istifadəçilərini DSBM-nin giriş qapısında qarşılayır və həmin nəqliyyat vasitəsini “VİP zalı”na kimi müşayiət edir. Cavabdeh şəxs avtomobildəki sərnişinləri sərhəd və gömrük nəzarəti prosedurlarından keçirilməsi məqsədi üçün “VİP zalı”na daxil olmalarını təmin edir. Sərnişinlər “VİP zalı”nda istirahət edərək (çay, kofe, yemək və s.) sərhəd və gömrük nəzarəti prosedurlarından keçirlər. “CİP xidmətləri” üzrə cavabdeh şəxs nəqliyyat vasitəsinin sahibini (idarə edən şəxs ilə birlikdə) sərhəd və gömrük nəzarətindən keçirmək məqsədilə “Gömrük nəzarəti xəttinə” apararaq növbədənkənar sərhəd və gömrük prosedurlardan keçmələrini təmin edir.
10. “VİP zalı”nda sərhəd və gömrük orqanlarının normativ hüquqi aktlarına əsasən nəqliyyat vasitəsi qeydə alınır, sərhəd və gömrük nəzarəti həyata keçirilir. Bu əməliyyatlardan sonra “CİP xidmətləri” statusu altında VAİS-də və İAMAS-da qeydə alınan nəqliy¬yat vasitəsinə “Keçdi” statusu verilir. “CİP xidmətləri” statusunda DSBM-ə daxil olan şəxs¬lər sərhəd mühafizə və gömrük orqanlarının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər məsuliyyət və öhdəliklərdən azad edilmirlər.
11. Nəqliyyat vasitəsi və sərnişinlər gömrük və sərhəd nəzarəti üzrə bütün prosedurlardan müvəffəqiyyətlə keçəndən sonra “CİP xidmətləri” üzrə cavabdeh şəxs nəqliyyat vasitə¬sini və onun sərnişinlərini 30 iyun 2014-cü ildə sərhəd mühafizə və gömrük orqanlarının birgə təsdiq etdiyi “Sərhəd buraxılış məntəqəsində dövlət sərhədini keçən nəqliyyat vasitələrinin giriş-çıxışının idarə olunması üzrə Texnoloji Sxem”inə uyğun olaraq DSBM-dən yola salır.